Qubadlıda 73 minaatan mərmisi tapıldı

10:24 27.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qubadlı rayonunda sursat aşkar edilib.

 

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Mahmudlu kəndi ərazisindən xeyli sayda sursat aşkar ediblər.

 

Aşkar edilən 1 mina, 73 minaatan mərmisi və 1000-ə yaxın patron aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.